SON XƏBƏRLƏR

İrəvandakı Avropa çempionatında medal qazanmış türkiyəli idmançılar Bakıya gəliblər

2023.04.27, 16:56
İrəvandakı Avropa çempionatında medal qazanmış türkiyəli idmançılar Bakıya gəliblər

Gunaz.tv

İdmançılarla birlikdə Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Talat Ünlü də Azərbaycan paytaxtına səfər edib.

Qardaş ölkənin nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin rəsmiləri, Azərbaycan Ağır Atletika Federasiyasının nümayəndələri, azarkeşlər və jurnalistlər qarşılayıblar.

Türkiyəli ağırlıqqaldıranların səfər zamanı paytaxtda bir sıra görüşlərdə və tədbirlərdə iştirakları nəzərdə tutulub.

Qeyd edək ki, qardaş ölkə təmsilçiləri Bakıya Prezident İlham Əliyevin dəvəti ilə gəliblər. İdmançılar İrəvandakı yarışda qazandıqları medalları Azərbaycana həsr ediblər. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar