SON XƏBƏRLƏR

“Rusiya kapitulyasiyaya razıdırsa, Ukrayna danışıqlara başlamağa hazırdır”-Nazir

2023.04.28, 15:32
“Rusiya kapitulyasiyaya razıdırsa, Ukrayna danışıqlara başlamağa hazırdır”-Nazir

Gunaz.tv

Onun sözlərinə görə, tərəfdaşlar sülh məsələsini müzakirə etmirlər: “Çünki onlar yaxşı bilirlər ki, Ukrayna Rusiyanın hazırkı hakimiyyəti ilə danışmayacaq.

Bununla belə, Rusiyanın kapitulyasiyası və təzminatların ödənilməsi ilə bağlı müzakirələr mümkündür”.

O.Reznikov həmçinin bildirib ki, Ukrayna əks-hücum əməliyyatına başlamağa hazırdır: “Müdafiəçilərimiz bunun üçün müvafiq qərarı və əlverişli hava şəraitini gözləyir”.

Qeyd edək ki, daha əvvəl Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenki Ukraynanın aprel-may aylarında əks-hücum əməliyyatına başlayacağını bildirmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar