SON XƏBƏRLƏR

İstanbulda “Texnofest-2023” başlayıb

2023.04.29, 12:23
İstanbulda “Texnofest-2023” başlayıb

Gunaz.tv

Bu il 7-cisi baş tutan beynəlxalq tədbir artıq 6 ildir təşkil olunur.

Festivalda 102 fərqli kateqoriyalarda 41 yarış üzrə 1 milyondan çox layihə iştirak edir. Belə ki, komandalar arasında texnologiya sahəsində yarışlar təşkil olunur, sərgilər keçirilir, uçuşlar nümayiş olunur.

Mayın 1-dək davam edəcək “Texnofest-2023” çərçivəsində Türkiyənin “Bayraqdar Qızılalma”, “Bayraqdar Akıncı” və ilk dəfə olaraq “Bayraqdar-TB3” pilotsuz uçuş aparatları da ziyarətçilərə təqdim olunur.

Azərbaycan da beynəlxalq tədbirdə öz stendi ilə təmsil olunur.

Burada pilotsuz uçuş aparatları, o cümlədən oktyabrın 2-6-da Bakıda “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi haqqında məlumat təqdim olunur. (axar)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar