SON XƏBƏRLƏR

Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında Enerji dialoqu keçiriləcək

2023.04.29, 14:24
Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında Enerji dialoqu keçiriləcək

Gunaz.tv

Məlumata görə, tədbirdə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson və Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak edəcək.

Tərəflər Aİ ilə Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın nəticələrini yekunlaşdıracaq və bu sahədə qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarını müzakirə edəcəklər.

"Aİ və Azərbaycan nümayəndələri xüsusən qaz tədarükü ilə bağlı vəziyyət, o cümlədən enerji daşıyıcılarının tədarükünün diversifikasiyası və Aİ-yə Rusiyadan qazıntı yanacağının idxalının dayandırılması üçün son il ərzində Aİ tərəfindən görülən tədbirlər haqqında məlumat mübadiləsi aparacaqlar.

Onlar Aİ-nin səylərinə dəstək olaraq Cənub Qaz Dəhlizinin genişləndirilməsini və Aİ-yə Xəzər qazının əlavə real tədarük marşrutların müzakirə edəcəklər.

Ötən il imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunda iki tərəfdaş 2027-ci ilədək Aİ-yə ildə ən azı 20 milyard kubmetr qaz tədarük etmək məqsədilə qaz borusunun gücünü ikiqat artırmağı öhdələrinə götürüblər", - Avropa Komissiyasının məlumatında deyilir.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar