SON XƏBƏRLƏR

“Azərbaycan zəlzələ zonasında layihələr həyata keçirmək istəyir”-Ərdoğan

2023.05.01, 10:55
“Azərbaycan zəlzələ zonasında layihələr həyata keçirmək istəyir”-Ərdoğan

Gunaz.tv

“Dünya zəlzələ hadisəsində bizi tək qoymadı. İlk andan bizimlə oldular. Axtarış-xilasetmə qrupları göndərdilər. Birinci mərhələdə çadırlar gəldi. Konteynerlər göndərməyə başladılar. 

Azərbaycan bildirdi ki, 1 000 daimi ev tikmək istəyir. Dünən biz onun təməlini qoyduq.

Azərbaycan həmçinin regionda təcili ehtiyac duyulan bəzi mühüm layihələri həyata keçirmək istədiyini bildirib”.

“Təbii ki, xaricdə yaşayan qardaşlarımızın Türkiyəyə olan sədaqəti bizi hər zaman təsirləndirib.

Bütün dünyada vətəndaşlarımız əllərində olan hər şeyi səfərbər edərək köməyə tələsdilər. Biz bunları heç vaxt unuda bilmərik və heç vaxt unutmayacağıq”, - Ərdoğan əlavə edib. (cebhe.info)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar