SON XƏBƏRLƏR

Pəhləvi İsrail parlament üzvlərinin Güneylə bağlı müraciətindən qəzəblənib

2023.05.01, 11:53
Pəhləvi İsrail parlament üzvlərinin Güneylə bağlı müraciətindən qəzəblənib

Gunaz.tv

Özünü sosial media hesabında paylaşım edən Rza Pəhləvi bu müraciəti İranın torpaq bütövlüyünə qarşı hərəkət kimi qiymətləndirib.

O, müraciəti İsrail və İran xalqlarının arasındakı dostluq münasibətlərindən narazı olanların fitnəsi adlandırıb.

Pəhləvi bildirib ki, İsrail rəsmiləri bu məsələyə aydınlıq gətirməklə İran və İsrail xalqı arasında köhnə dostluğun bərpasına mane olmaq istəyənlərin sui-istifadəsinin qarşısını alacaqlar.

"Bu qəbul olunmaz hərəkətdir. Belə ağılsız bəyanatlar İsrail liderləri və yüksək rütbəli rəsmilərinin onlarla keçirdiyim görüşlərdəki mövqeləri ilə tamamilə ziddiyyət təşkil edir.

Bu gün mən Yerusəlimdəki dostlarımıza özümün və həmvətənlərimin bu məsələ ilə bağlı narahatlığını bildirdim"- Pəhləvi tvviter hesabında etdiyi paylaşımında yazıb.

Bu müraciəti İran hakimiyyətinin xeyrinə olduğunu iddia edən Pəhləvi İsrail dövlətinin məsələyə aydınlıq gətirməsi və İran-İsrail xalqları arasındakı dostluğa kölgə salan hərəkət barədə açıqlama verməsini xahiş edib.

Qeyd edək ki, bir neçə gün öncə İsrail parlamentinin - Knessetin 32 üzvü Güney Azərbaycanın müstəqilliyi uğrunda hərəkata beynəlxalq dəstək verilməsi xahişi ilə XİN-ə müraciət göndərib.

Onlar İsrail Xarici İşlər Nazirliyindən İran müxalifətinə və Tehranın güney azərbaycanlılara qarşı repressiv addımlarının güclənməsinə diqqət yetirməyi xahiş ediblər.

"Bu, İranda sayı 20 milyondan çox olan ən böyük millətdir.

Rejim mədəni soyqırım siyasəti yürüdür, azərbaycanlıların təhsil almaq və irsini ötürmək, Azərbaycan dilini öyrətmək və hətta uşaqlarını qeydiyyata almaq hüquqlarını məhdudlaşdırır”, - deputatların müraciətində vurğulanıb.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar