SON XƏBƏRLƏR

Zahidanda daha iki məhkum edam edilib

2023.05.01, 14:59
Zahidanda daha iki məhkum edam edilib

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumatda aprelin 30-da edam edilən kişinin 31 yaşlı Gülməhəmməd Naruyi olduğu, qadının isə kimliyinin açıqlanmadığı bildirilib.

Hər iki məhkumun qəsdən adam öldürməkdə ittiham olunduqları deyilir.

Qeyd edək ki, 2022-ci ildə İranda 582 nəfər edam edilib və bunun 30%-i ölkə əhalisinin 2-6 faizini təşkil verən sünni və etnik bəluçların payına düşüb.

Edam edilənlər arasında 16 qadın və yaşı 18-dən az olan 3 yeniyetmə də var.

2023-cü il mart ayının 15-ə kimi İran həbsxanalarında 138 məhkum edam edilib və bu son 8 ilin ən yüksək göstəricisidir.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar