SON XƏBƏRLƏR

Daha bir İŞİD lideri məhv edilib

2023.05.01, 14:58
Daha bir İŞİD lideri məhv edilib

Gunaz.tv

Ərdoğan televiziya ilə çıxışında qeyd edib ki, xüsusi xidmət orqanları uzun müddətdir əl-Kuraşini  izləyib, nəticədə o, aprelin 29-da keçirilən xüsusi əməliyyat nəticəsində məhv edilib.

"Türkiyə Avropanın təhlükəsizliyinə töhfə verəcək terror təşkilatları ilə mübarizəni davam etdirəcək, baxmayaraq ki, Avropa bunu bilmir və ya bilmək istəmir", - deyə Türkiyə Prezidenti vurğulayıb.

Xatırladaq ki, yayılan məlumatlara görə, Əl-Quraşi ötən ilin oktyabrında sələfi Əbu əl-Həsən əl-Həşimi Azad Suriya Ordusu döyüşçüləri tərəfindən öldürüldükdən sonra "İslam Dövləti"nin başçısı olub.

Əlavə edək ki, “İslam Dövləti” Suriyada vətəndaş müharibəsi zamanı yaranıb və bir müddət İraq və Suriya ərazilərinin bir hissəsinə nəzarət edib.

Terror təşkilatı faktiki olaraq 2017-18-ci illərdə məhv edilib. Amma hələ də onların tərəfindən fərdi hücumlar qeydə alınır. (cebhe)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar