SON XƏBƏRLƏR

İran Beynəlxalq Cinayət Məhkəməsinə verilir

2023.05.02, 16:06
İran Beynəlxalq Cinayət Məhkəməsinə verilir

Gunaz.tv

Hesabatda Bayden administrasiyasına İranı bir daha xüsusi narahatlıq doğuran ölkələr sırasına daxil etməyi tövsiyə edilib.

Hesabatda İranda azyaşlı uşaqların həbsi və öldürülməsi, işgəncələr, etirazçılara qarşı repressiyalar və etiqadlarına görə, müxtəlif dinlərə mənsub qrupların sıxışdırılması barədə yazılıb.

Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyası, ABŞ dövlətinə İran vətəndaşlarının dini azadlıqlarını boğmaqda məsul olan şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq etməyi tövsiyə edib. 

Eyni halda İran hakimiyyət orqanları tərəfindən insan hüquqlarının pozulmasına və insanlığa qarşı cinayətlərə görə, bu ölkənin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi istənilib.

Bu komissiya həmçinin ABŞ Konqresindən Tehran hakimiyyətinin təzyiqi altında olan iranlı qaçqınların Amerikada məskunlaşmasına kömək etməyi və iranlıların daha çox dini azadlıqlara nail olmaq üçün mübarizəsini dəstəkləməyi xahiş edib.

İran ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının builki hesabatında ayrıca araşdırılan 28 ölkədən biridir.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar