SON XƏBƏRLƏR

Çində zəlzələ: 11 minə yaxın insan təxliyə olundu

2023.05.03, 10:44
Çində zəlzələ: 11 minə yaxın insan təxliyə olundu

Gunaz.tv

Bu barədə təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə yerli qərargah açıqlayıb.

Xilasetmə əməliyyatlarına 2,4 min nəfər səfərbər olunub. İlkin hesablamalara görə, zəlzələ nəticəsində 2,8 minə yaxın binaya ziyan dəyib.

Səlahiyyətli orqanlar 38 min insanın təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görüblər. Onlar üçün 34 müvəqqəti sığınacaq yaradılıb.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində ölən olmayıb.

Üç nəfər yüngül xəsarət alıb və yaxınlıqdakı xəstəxanaya aparılıb.

Xatırladaq ki, Çində Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, çərşənbə axşamı təxminən 935 min əhalisi olan Baoşan şəhərindən 35 kilometr şimal-şərqdə 5,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 40 km dərinlikdə olub. (oxu.az)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar