SON XƏBƏRLƏR

"İran Quzey Koreyadan 50 dəfə daha təhlükəlidir"-Netanyahu

2023.05.05, 07:21
"İran Quzey Koreyadan 50 dəfə daha təhlükəlidir"-Netanyahu

Gunaz.tv

ABŞ Konqresinin hər iki partiyasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdə Netanyahu İran rejiminin Şimali Koreyadan 50 qat daha təhlükəli olduğunu vurğulayıb.

O, bu rejimin bir atom bombası ilə kifayətlənməyəcəyini və 5 atom bombası əldə etmək üçün kifayət qədər urana malik olduğunu deyib.

"İran İsraili kiçik şeytan, Amerikanı isə böyük şeytan hesab edən ideologiya qüvvədir və bütün Amerika şəhərlərini nüvə zərbələri ilə hədələyə bilsə, tarix dəyişəcək",- baş nazir xəbərdarlıq edib.

İsrailin müdafiə naziri Yoaf Qalant da yunanlı həmkarı ilə keçirdiyi görüşdə İranın bir atom bombası ilə kifayətlənməyəcəyini və 5 bomba hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş 20-60% konsentrasiyalı urana malik olduğunu açıqlayıb.

Qallant xəbərdarlıq edib ki, Tehran rejiminin uranın 90%-ə qədər zənginləşdirilməsi istiqamətində irəliləyişi İranın ciddi səhvi olacaq və bu regionu alovlandıracaq.

Bu arada “The Times” qəzeti regional mənbələrə istinadən yazıb ki, İslam Respublikası Livanın "Hizbullah" və Fələstin hərəkatları da daxil olmaqla silahlı qruplarla müdafiə paktı yaratmağa və İsrailə qarşı raket hücumunu koordinasiya etmək üçün onları bir araya gətirməyə çalışır.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar