SON XƏBƏRLƏR

"Kremlə hücuma görə konkret addımlarla cavab verəcəyik"-Lavrov

2023.05.05, 12:06
"Kremlə hücuma görə konkret addımlarla cavab verəcəyik"-Lavrov

Gunaz.tv

O bildirib ki, Kremlə hücuma sadəcə danışmaqla cavab vermək kifayət deyil: “Ukrayna Prezidenti Volodimir Zelenski özünə hörmət edən ölkələrin Kiyevlə əlaqəsini kəsmək üçün əlindən gələni edir.

Əlbəttə, Ukrayna Qərbin xəbəri olmadan Kremlə hücum edə bilməzdi”.

Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib.

Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.

Xatırladaq ki, daha əvvəl Kremin sözçüsü Dmitri Peskov sözügedən hücuma görə ABŞ-ı ittiham etmişdi. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar