SON XƏBƏRLƏR

Makıda güllələnən azərbaycanlı gənclərin kimliyi bəlli oldu

2023.05.06, 08:54
Makıda güllələnən azərbaycanlı gənclərin kimliyi bəlli oldu

Gunaz.tv

Məlumata görə, Məhəmməd Hüseynəlizadə və Rza Hüseynəlizadə kürd silahlıları tərəfindən güllləniblər.

Rza Hüseynəlizadənin durumunun stabilləşdiyi, Məhəmməd Hüseynəlizadənin isə vəziyyətinin ağır olduğu və reanimasiya bölməsində saxlanıldığı bildirilir.

Qeyd edək ki, hadisəyə səbəb idman yarışında azərbaycanlı gənclərin milli şüarlar səsləndirmələri olub.

"Azərbaycan var olsun, istəməyən kor olsun" və Azərbaycanın torpaq bütövlüyünü ifadə edən şüarlar səsləndirən gənclər silahlı mühacir kürdlərin hücumuna məruz qalıblar.

Yerli mənbələrin verdiyi məlumata görə, hücumçular İran təhlükəsizlik nazirliyi və SEPAH-la əməkdaşlıq edən etnik kürdlərdirlər.

Qeyd edək ki, uzun illərdir mərkəzi hakimiyyət Qərbi Azərbaycanda mühacir etnik kürdlərin bölgədə yerləşməsi və cəmiyyət tərkibinin onların xeyrinə dəyişməsində maraqlıdır.

Buna görə, Azərbaycan torpaqlarına iddia edən silahlı kürd qruplaşmaları və radikal miliyyətçi mühacirlərin fəaliyyətlərinə göz yumulur.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar