SON XƏBƏRLƏR

İranda etnik ərəb fəalı edam edildi

2023.05.06, 09:59
İranda etnik ərəb fəalı edam edildi

Gunaz.tv

Bundan öncə martın 12-də İran Məhkəmə Sisteminin sözçüsü Məsud Setayişi Həbib Əsyudun edam hökmünün Ali Məhkəmə tərəfindən təsdiq edildiyini bildirmişdi.

O, separatçı qruplaşmaya rəhbərlik etməkdə, həmçinin Xuzistan əyalətində “çoxsaylı terror əməliyyatları” təşkil etməkdə ittiham olunurdu.

İnsan haqları təşkilatları və hüquq müdafiəçiləri Tehran rejiminin Əsyuda qarşı irəli sürdüyü ittihamların əsassız olduğu, ondan işgəncə altında məcburi etiraflar alındığını bildiriblər.

İsveç vətəndaşı olan Həbib Əsyud barəd edam hökmünün çıxarılmasından sonra İsveç və Avropa Birliyi bəyanat yayaraq hökmün ləğv edilməsini tələb etmişdilər.

Bununla yanaşı Beynəlxalq Əfv Təşkilatı da Tehran rejiminin ikili vətəndaşlığı olan şəxs barədə edam hökmünü pisləyib.

Qeyd edək ki, Həbib Əsyud 2020-ci ilin noyabr ayında İsveçdən Türkiyəyə səfər etdikdən sonra İran təhlükəsizlik məmurları tərəfindən oğurlanaraq İrana aparılıb.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar