SON XƏBƏRLƏR

ABŞ Türkiyəyə S-400 zenit-raket kompleksini öyrənmək üçün müraciət edib

2023.05.07, 15:56
ABŞ Türkiyəyə S-400 zenit-raket kompleksini öyrənmək üçün müraciət edib

Gunaz.tv

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“ABŞ S-400-ləri öyrənmək üçün onlara giriş istəyib. Amma bizim üçün bu, qəbuledilməz idi, müstəqil siyasətimizə zidd idi. Biz imtina etdik”-deyə, o vurğulayıb.

Bundan başqa, Çavuşoğlu Türkiyənin Ukraynaya S-400 göndərilməsi ilə bağlı təkliflər aldığını da qeyd edib: “Bizə belə təkliflər gəldi, lakin biz imtina etdik.

Biz onları öz ehtiyaclarımız üçün almışıq”. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar