Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranda geyim qaydaları sərtləşdirilir
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır
Dövlət Bağçalı: Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması həyati əhəmiyyət daşıyır
Tramp İrana qarşı yeni hərbi əməliyyat keçirə biləcəklərini açıqlayıb
İranda bir ayda 79 məhbus edam edilib
Tom Barak: Xomeynini 1979-cu ildə biz gətirdik
İranda rabitə xərcləri yenidən artdı
İran ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
“Cümhuriyyəti-İslami” qəzeti yeni iddia ilə Azərbaycanı yenidən hədəfə alıb
Belçika parlamenti Rza Pəhləvinin rəsmi dəvətini ləğv edib: O, bütün müxalifəti təmsil etmir
Rusiya və Ukrayna arasında atəşkəs razılaşması əldə olunub
Dünya bazarında neftin qiyməti son 5 ayın ən yüksək həddinə çatıb
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
Ərdoğanın milli qırıcı KAAN təsvirli qalstuku diqqət çəkib
Traktor İran hakimiyyətinin ayrı-seçkiliyi ilə üz-üzə; Dubaya uçuş üçün 30 milyard tümən tələb edilir
Salmasda sel bir uşağın həyatına son qoydu
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub
Sistan və Bəlucistanda polis polkovniki öldürülüb
İranlı nazir azərbaycanlı qızları ölkəsinə dəvət etdi
Pakistan-İran sərhəddində silahı qarşıdurma olub
Ceyhun Bayramov: Hindistan XİN rəhbəri ilə fikir müxtəlifliklərini açıq şəkildə müzakirə etdik, nəticələrini görəcəyik
"Traktor" daha üç xal qazandı
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Müharibədən sonra işsiz vətəndaşların sayı artıb-Millət vəkili
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr endirməyi nəzərdən keçirir – The Atlantic
JP: İsrail husilərə hücum üçün ABŞ vasitəsilə Ər-Riyada məlumat ötürür
Tehran yeraltı obyektlərdə raket və dron istehsalını bərpa edib
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına Şuşa şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri haqqında məlumat verib.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb.
Mütəxəssislər tərəfindən şəhərin su mənbələrinin, magistral xətlərin, paylayıcı şəbəkələrin və digər hidrotexniki qurğuların mövcud vəziyyəti araşdırılıb. Məlum olub ki, şəhəri içməli su ilə təmin edən mənbələr və magistral kəmərlər erməni vandallar tərəfindən məqsədli şəkildə dağıdılıb və şəhərə suyun nəqli dayandırılıb.
Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq, Kiçik Kirs mənbəyinin və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilişi bərpa edilib.
Eyni zamanda, Şuşa şəhərinin digər mənbəyi - Zarıslı sugötürücü qurğusunun, uzunluğu 14,3 kilometr olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilməsi təmin edilib.
Şəhərin perspektiv inkişafı nəzərə alınaraq, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb.
Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr təşkil edən sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 millimetr, uzunluğu 2,9 kilometr olan yeni təzyiqli kəmər inşa edilib, eyni zamanda, diametri 325 millimetr, uzunluğu 9,3 kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik hissəsi diametri 530-426 millimetr olan borularla əvəzlənib.
Görülmüş işlərin nəticəsində 2022-ci ilin dekabrında yeni mənbədən suyun verilməsi ilə şəhərdə yaşayış olan evlər, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib.
Dövlətimizin başçısı nasos stansiyasını işə salıb.
Məlumat verildi ki, 2040-cı ilə perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsi 25 min nəfərin tələbatının ödənilməsinə hesablanıb.
Layihəyə əsasən şəhərin orta gündəlik su tələbatı 105 litr-saniyə təşkil edir. Şəhərə içməli su mövcud Kiçik-Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək.
Gələcəkdə Zarıslıçay su anbarı genişləndiriləcək və tutumu 25 min kubmetrdən 7,5 milyon kubmetrə çatdırılacaq. Eyni zamanda, məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğu inşa olunacaq. Şəhərin su təchizatında dayanıqlığın təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib və hazırda onlardan birinin tikintisi davam etdirilir.
Layihəyə əsasən, Şuşa şəhərində 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı suların tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək.
Qurğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqarçaya axıdılacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq.
Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək. 2023-cü ilin ikinci yarısında məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğunun inşası nəzərdə tutulur ki, bu işlərə də 7,4 milyon manat vəsait sərf olunacaq.
Ayxan
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
İran ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
İranda daha beş qadın öldürülüb
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var