SON XƏBƏRLƏR

İranda yol qəzaları qurbanlarının sayı artıb

2023.05.09, 11:43
İranda yol qəzaları qurbanlarının sayı artıb

Gunaz.tv

Məlumatda bir il müddətində yol qəzalarında ölənlərin sayının 19 min 490, yaralananların sayının isə 369 mindən çox olduğu bildirilib.

Bu da öcəki illə müqayisədə yol qəzaları qurbanlarının sayının 16 % artdığını göstərir. 

Yol qəzaları nəticəsində ölənlərin sayına görə Tehran, Sistan-Bəluçistan və Fars əyalətləri ilk üç yeri tuturlar.

Qeyd edək ki, bundan əvvəl hətta bir neçə İran rəsmisi ölkədə baş verən avtomobil qəzalarının çoxuna yerli istehsal olan avtomobillərin keyfiyyətsizliyinin səbəb oduğunu deyiblər.

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf millət vəkillərinin tənqidlərinə cavab olaraq, ölkədə avtomobil istehsalının ciddi çatışmazlıqları olduğunu etiraf edib.

Son illər İran vətəndaşları bu ölkədə istehsal edilən yerli avtomobillərə "hərəkət edən tabut" adı veriblər.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar