SON XƏBƏRLƏR

"İsrail İrana qarşı bir neçə cəbhədə döyüşməyə hazırdır"-Netanyahu

2023.05.10, 13:53
"İsrail İrana qarşı bir neçə cəbhədə döyüşməyə hazırdır"-Netanyahu

Gunaz.tv

O, bu sözləri Qəzza zolağına qarşı “Qalxan və ox” əməliyyatı başlayandan sonra deyib.

Baş nazir İsrailə qarşı olan təhlükə və təhdidlərin 95 %-nın İran tərəfindən olduğunu deyib.

"İran bir neçə cəbhədən bizə qarşı addımlar atmağa çalışır. Biz hər şeyi edəcəyik ki, İran bizə qarşı terror cəbhələri yarada bilməsin",- Netanyahu bildirib.

İsrailin baş naziri daha sonra deyib ki, o, ordu və təhlükəsizlik qüvvələrinə İranın çoxşaxəli təhdidləri ilə mübarizə aparmağa hazır olmaq əmrini verib.

Netanyahu daha sonra deyib ki, İsrail İranın Suriyada daha bir Livan qurmaq niyyətini əngəlləməyə çalışır. O, İsrailin Suriyadakı əməliyyatlarına hücumlarına işarə edərək, bu tədbirləri uğurlu adlandırıb.

Qeyd edək ki, ötən həftənin əvvəlində ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jek Sollivan Vaşinqtonun İranın nüvə təhlükəsinə qarşı İsrailə fəaliyyət azadlığına icazə verəcəyini bildirmişdi.

"Biz açıq şəkildə bildirdik ki, İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verilə bilməz.

Prezident Co Baydenin dəfələrlə vurğuladığı kimi, Birləşmiş Ştatlar bu öhdəliyi yerinə yetirmək üçün lazımi addımları atacaq. Buna, İsrailin fəaliyyət azadlığı hüququnu tanımaqda daxildir",- Sollivan qeyd edib.

Günaz.AZ

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar