SON XƏBƏRLƏR

İsveç parlamentində SEPAH-la bağlı səsvermə keçirilib

2023.05.11, 07:20
İsveç parlamentində SEPAH-la bağlı səsvermə keçirilib

Gunaz.tv

Müxtəlif partiyalardan olan 349 parlament üzvü hökumətin SEPAH-ı Avropa Birliyi çərçivəsində terror təşkilatı kimi tanımasını tələb edən qanun layihəsinin lehinə səs verib.

Qanun layihəsi parlamentin xarici əlaqələr komitəsi tərəfindən tərtib edilib və irəli sürülüb.

İsveç parlamentindəki 8 partiyanın hamısı sözügedən layihənin lehinə səs verib. Layihə mayın 10-da saat 16:00-da səsə qoyularaq qəbul edilib.

İsveç növbəti 50 gün ərzində Avropa Birliyinə sədrlik edir.

Ötən bir neçə ayda İsveç parlamentinin üzvləri müxtəlif görüşlərdə İranda baş verən hadisələrə reaksiya verib və hökumətə qarşı baş qaldıran xalq etirazlarını dəstəkləyiblər.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar