SON XƏBƏRLƏR

Güneyli hüquq müdafiəçisi Aliyə Mətləbzadənin evinə basqın edildi

2023.05.11, 14:28
Güneyli hüquq müdafiəçisi Aliyə Mətləbzadənin evinə basqın edildi

Gunaz.tv

Bu barədə onun qızı Qəzəl Abdullahi sosial media hesabında paylaşım edib.

O, bildirib ki, təhlükəsizlik məmurları evdə axtarış aparıb, Aliyə Mətləbzadəyə məxsus şəxsi əşyaları, o cümlədən telefon və kompüteri müsadirə ediblər.

Qəzəl Abdullahi həmçinin, anasının Evin həbsxanasının prokurorluğuna çağırıldığını bildirib.

Qeyd edək ki, Aliyə Mətləbzadə İran həbsxanalarında qadınlara qarşı zorakılıqlar barədə verdiyi açıqlamalara görə təzyiqlərə məruz qalıb. (Axar.az)

Günaz.TV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar