SON XƏBƏRLƏR

İsfahan həbsxanası qarşısında qarşıdurma- Etirazçılara atəş açılıb

2023.05.15, 10:49
İsfahan həbsxanası qarşısında qarşıdurma- Etirazçılara atəş açılıb

Gunaz.tv

Həbsxana qarşısına toplaşan insanlar hökumət əleyhinə şüarlar səsləndirilib.

Onlar Məcid Kazimi, Saleh Mirhaşimi və Səid Yəqubi Cəl adlı məhbusların edamı ilə bağlı qərarın icrasının dayandırılmasını tələb ediblər. 

Sosial media fəalları və bir neçə xarici medianın verdiyi məlumata görə, hökumət qüvvələri etirazçılara qarşı odlu silahlardan atəş açıb.

Narazılara qarşı gözyaşardıcı qazdan istifadə olunduğu bildirilir.

Qeyd edək ki, həbsxana qarşısında aksiya İranda baş verən etiraz aksiyaları zamanı saxlanılan və edama məhkum edilən Məcid Kaziminin saxta etiraflara məcbur edilməsindən sonra başlayıb.

Məlumata görə, işgəncəyə məruz qalan Məcid Kazimidən saxta etiraflar alınıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar