SON XƏBƏRLƏR

Ukrayna NATO yolunda: Fransa rəsmən imza atdı

2023.05.15, 12:44
Ukrayna NATO yolunda: Fransa rəsmən imza atdı

Gunaz.tv

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron birgə bəyannaməyə imza atıblar.

Report-un məlumatına görə, sənəddə Paris Ukraynanın NATO-ya üzvlüyünə qəbul olunmasına öz imzasını atıb.

“Fransa Buxarest Bəyannaməsinə uyğun olaraq Ukraynanın Avro-Atlantik ailəyə doğru irəliləməsinə kömək etmək üçün hazırkı əməkdaşlığı daha da gücləndirmək və genişləndirmək üçün Ukrayna-NATO platformasını tam dəstəkləyir”, - deyə sənəddə qeyd olunub.

Bəyannamədə ayrıca paraqraf kimi qeyd olunub ki, Ukrayna və Fransa bu məsələlərin 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək NATO sammitində həllini səbirsizliklə gözləyirlər.

Ayxan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar