SON XƏBƏRLƏR

Fransa Ermənistanı silahlandıracaq - İsrail mətbuatından iddia

2023.05.16, 12:42
Fransa Ermənistanı silahlandıracaq - İsrail mətbuatından iddia

Gunaz.tv

Modern.az-ın xəbərinə görə, bu barədə İsrailin "İ24NEWS" nəşri məlumat yayıb.

İddiaya görə Fransa yaxın vaxtlarda Ermənistana 50 zirehli transportyor təhvil verəcək.

Həmçinin, gələcəkdə Fransa istehsalı olan "Minstrel" hava hücumundan müdafiə raketlərinin İrəvana tədarükü nəzərdən keçirilir.

Nəşr qeyd edir ki, Paris Ermənistana silah ixracı üçün sistem qurmağa hazırlaşmağa başlayıb.

Fransa-Ermənistan Dostluq Qrupunun rəhbəri Gilbert-Luc Devinaz qarşıdan gələn silah tədarükü barədə açıqlama verib.

“Biz Ermənistana imkan verməliyik ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin, yəni onun silahlanmasına kömək etməliyik", - o bildirib.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar