SON XƏBƏRLƏR

Güclü qar Şərqi Azərbaycanda təsərrüfatlara ciddi ziyan vururb

2023.05.16, 13:26
Güclü qar Şərqi Azərbaycanda təsərrüfatlara ciddi ziyan vururb

Gunaz.tv

İran televiziyasının yaydığı məlumata görə, güclü qar yağması nəticəsində bölgədə ciddi fəsadlar yaranıb.

Məlumatda bildirilir ki, əyalətdə heyvandarlıq təsərrüfatlarına ziyan vurub.

Köçərilər və heyvandarlar daha çox zərər çəkib.

Qaradağ mahalının Əhər şəhəri ətrafında yerləşən kəndlərdə, habelə yaxın yüksəkliklərdə yaşayan köçərilərin çox sayda mal-qara və qoyun sürüləri tələf olub.

Qeyd edək ki, mayın 14-dən başlayaraq Güney Azərbaycanın bir sıra bölgələrində güclü qar yağıb, bəzi yerlərdə yollar bağlanıb.

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar