SON XƏBƏRLƏR

Ukrayna Azərbaycandan kömək istədi

2023.05.16, 15:26
Ukrayna Azərbaycandan kömək istədi

Gunaz.tv

Modern.az-ın məlumatına görə, bu barədə o, Azərbaycan Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında bildirib.

“Azərbaycana müraciət edirəm ki, Rusiyaya aparılmış ukraynalı uşaqların ölkəmizə qaytarılmasına kömək etsin. Ukraynanın suverenliyinə dəstəyə görə Azərbaycana təşəkkür edirəm. 20 min ukraynalı uşaq Rusiyaya zorla deportasiya edilib"-deyə,  Olena Kondratyuk vurğulayıb.

Deputat bildirib ki, bu cinayət sənədləşdirilib və Beynəlxalq Cinayət Məhkəməsi cinayətkarların həbsinə order verib.

"Ona görə də Azərbaycana müraciət edirəm ki, bütün ukraynalı uşaqları evlərinə qaytarmaqda bizə kömək etsinlər”, - Kondratyuk əlavə edib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar