SON XƏBƏRLƏR

Çin vətəndaşı İrana silah ötürülməsində ittiham olunub

2023.05.17, 13:09
Çin vətəndaşı İrana silah ötürülməsində ittiham olunub

Gunaz.tv

Məlumata görə, həmin çinli öz ölkəsindədir və hələ saxlanılmayıb.

O, həmçinin İrana embarqoları aşmağa köməklik, bank fırıldaqçılığı, çirkli pulların yuyulması və  İranın hərbi sənayesində istifadə olunan maddələrin çatdırılmasında ittiham olunur.

LJ1LcU4.jpg
Amerikanın Ədliyyə Nazirliyi həmin şəxin Şancianq Kiao adlı şəxs olduğunu bildirib. O, Çində yerləşən qrafit və karbon istehsalçısı “Sinotech Dalian” Cəmiyyətində işləyir.

Sözügedən şəxs həmin müəssisənin hərbi təchizatın istehsalı üçün hissələrin alınmasında İrana köməklik etdiyinə  görə 2014-cü ildə Amerikanın Maliyyə Nazirliyi tərəfindən sanksiyalar siyahısına salıb. 

Amerikanın Manhetten Ştatının federal prokuroru bildirib ki, həmin Çin vətəndaşı raketlərin nozellərinin istesalında istifadə edilən yüksək xırdalığa malik dənəvər olan “isostatik qrafit"in 2019-cu ildən 2022-ci ilədək təmin edilməsi ilə bağlı İrana yardım edib. 

Həmçinin cəmiyyətin adına olan bir bank hesabı ilə bir Amerika bankından 15 min dollar ala bilmək üçün transaksiya edib. 

Çinli vətəndaş 39 yaşındadır, hələ saxlanılması mümkün olmayıb.

Taymaz
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar