SON XƏBƏRLƏR

Lavrov Makronu ABŞ-ın vassalı adlandırıb

2023.05.17, 14:03
Lavrov Makronu ABŞ-ın vassalı adlandırıb

Gunaz.tv

“Makron özünü ABŞ-ın vassalı kimi hiss edir. O, bundan çox narahatdır. Amma Makron bununla bağlı heç nə edə bilməz”, - Lavrov bildirib.

Lavrov Ermənistanda  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında ölkənin çıxması ilə bağlı müzakirələrə də toxunub.

O, qeyd edib ki, Ermənistan öz ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını yerləşdirsəydi, bundan udardı.

Onun sözlərinə görə, KTMT missiyasının Ermənistanda yerləşdirilməsi ilə İrəvan daha sabit vəziyyət əldə edərdi.

Sergey Lavrov "Tsarqrad" telekanalına müsahibəsində deyib ki, Qərb metodik olaraq Rusiya Federasiyasının postsovet məkanındakı ən yaxın müttəfiqlərini Moskva ilə əlaqələrinə görə çox narahat vəziyyətə salmağa çalışır. 

"Rusiya ABŞ-ın Ermənistana “rusları öz ərazisindən qovmaq” və təhlükəsizliyin təmin olunmasına yardım etmək təklifini açıq təxribat kimi qiymətləndirir", - deyə o əlavə edib.

Ayxan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar