SON XƏBƏRLƏR

İsfahanda qarşıdurma: Polis etirazçılara zəhərli qaz atıb

2023.05.18, 12:20
İsfahanda qarşıdurma: Polis etirazçılara zəhərli qaz atıb

Gunaz.tv

Axar.az xəbər verir ki, bu barədə sosial media fəalları məlumat yayıb.

Vətəndaşlar etiraz aksiyalarında həbs edilən və Dəstgerd həbsxanasında saxlanılan Məcid Kazimi, Saleh Mirhaşimi və Səid Yəqubi Cəl adlı məhbusların edamı ilə bağlı qərarın icrasının dayandırılmasını tələb ediblər.

Həbsxana qarşısında izdiham yarandığı üçün hökumət qüvvələri yolları bağlayıb, etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, adı çəkilən məhkumların edamı ilə bağlı Beynəlxalq Əfv Təşkilatı mayın 17-də bəyanat yayaraq, beynəlxalq ictimaiyyəti Tehran hökumətinə təzyiq göstərməyə çağırıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar