SON XƏBƏRLƏR

Ukrayna ordusu rusların atdığı 29 raketi məhv edib

2023.05.18, 12:32
Ukrayna ordusu rusların atdığı 29 raketi məhv edib

Gunaz.tv

Bu gecə rus ordusu Ukraynaya 30 ədəd dəniz, hava və qurudan qanadlı raket hücumu həyata keçirib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.

“Tu-160 və Tu-95 strateji bombardmançı təyyarələrindən 22 ədəd X-101/X-555 qanadlı raketi, Qara dənizdəki gəmilərdən 6 ədəd “Kalibr”, eləcə də 2 ədəd “İsgəndər” raketi atılıb. 

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri 29 raket və 2 “Şahid-136/131” və 2 operativ-taktiki kəşfiyyat PUA-sını məhv edib”, - Zalujnı bildirib.

Bu arada Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 201 100 hərbçi, 3773 ədəd tank, 7373 ədəd zirehli döyüş maşını, 3198 ədəd artilleriya sistemi, 563 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 318 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 6063 ədəd avtomobil texnikası, 2759 ədəd PUA, 982 qanadlı raket, 18 gəmi/qayıq, 418 xüsusi avadanlıq itirib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar