SON XƏBƏRLƏR

Şahdağda 7, Xınalıqda 3 sm qar yağıb

2023.05.18, 12:44
Şahdağda 7, Xınalıqda 3 sm qar yağıb

Gunaz.tv

Qrız, Şahdağ, Lerik, Göygöl, Şamaxıda duman müşahidə olunub.

Havanın temperaturu: Mayın 17-də iqlim normasından 1.7° aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-22° isti, Naxçıvanda 29°-dək isti, dağlıq rayonlarda 12-14° isti, yüksək dağlıq ərazilərdə 1-3° isti, aran rayonlarında 27°-dək isti olub.

Mayın 19-u əsasən şimal və qərb rayonlarında, 20-si gündüzdən 22-dək isə əksər rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında isə mayın 19-u gün ərzində və 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 18-dən 19-na keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar