SON XƏBƏRLƏR

İranda daha bir bəhaiyə ağır cəza verildi

2023.05.18, 13:09
İranda daha bir bəhaiyə ağır cəza verildi

Gunaz.tv

Pəyam Vəlinin Kərəcin Qızılhisar həbsxanasında saxlanıldığını bildirir.

O, "düşmən dövlətlərlə əməkdaşlıq", "qırğın törətmək məqsədilə vətəndaşları təhrik etmək" və "hökumətə qarşı təbliğat"da ittiham edilib.

Pəyam Vəli 2022-ci il sentyabrın sentyabrın 25-də Kərəc şəhərindəki şəxsi mənzilində təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub vətəndaşlar İranda vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar. 

İranda bəhailərin iş yerləri qapadılır, ibtidai məktəbdən ali təhsilə qədər təhsil hüququndan məhrum edilirlər, qəbiristanlıqları, müqəddəs yerləri dağıdılır və başqa sosial məhdudiyyətlərlə üzləşirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar