SON XƏBƏRLƏR

Urmuda su qıtlığı: Əkin sahələri susuz qalıb

2023.05.18, 16:59
Urmuda su qıtlığı: Əkin sahələri susuz qalıb

Gunaz.tv

Problemin yaranmasına səbəb Şəhərçayı su anbarından kənd arxlarına suyun buraxılmamasıdır.

Kütlər kəndinin Bəkişliçay bölgəsinin əkinçiləri problemlə bağlı dəfərlərlə Su İdarəsinə müraciət etsələr də, problem həllini tapmayıb.

İdarənin rəsmiləri müxtəlif bəhanələrlə onları başlarından ediblər.

Kəndlilərə suyun olmadığı deyilib.

Bəzi məmurlar isə tezliklə suyun veriləcəyini bildiriblər. 

"Məsul şəxslər bu problemin həllinə laqeyd yanaşır və ciddi tədbir görmürlər"-problemlə bağlı danışan kənd sakinləri belə deyib.

Qeyd edək ki, Şəhərçayında su azaldığından yem qıtlığı yaranıb.

Kəndin mal-qarasının əsas otlaq sahəsi susuz qalıb.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar