SON XƏBƏRLƏR

Güney Azərbaycanda milli fəallara təzyiqlər güclənib

2023.05.19, 13:14
Güney Azərbaycanda milli fəallara təzyiqlər güclənib

Gunaz.tv

Mayın 18-də güneyli milli fəal Hüseyn Əmani Nadarlı İranın təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Bu ana kimi onun tutulma səbəbi və harada saxlanıldığı barədə məlumat yoxdur.

Ailəsi milli fəalın sağlıq durumundan nigarandır. 

Qeyd edək ki, dünən Güney Azərbaycanın milli fəalları Həmzə Vəlizadə, Ruhulla Əhmədinijad, Davud Şiri, Cavad Əhmədzadə Keyqal və Əlirza Səbri Qazan da saxlanılaraq naməlum istiqamətə aparılıb.

İran rejiminin repressiyaları gücləndirməsi 2006-cı ilin qanlı iyun hərəkatının ildönümünün yaxınlaşması ilə bağlıdır.

Qeyd edək ki, Güney Azərbaycanın şəhərlərində divarlara çağırış bildirişləri yapışdırılıb.

Milli fəallar bu il Azərbaycanın Qanlı Qiyamının ildönümünü daha da möhtəşəm keçirmək istəyir. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar