SON XƏBƏRLƏR

"Urmu gölünün bərpası üçün heç bir iş görülməyib"-Millət vəkili

2023.05.19, 16:00
"Urmu gölünün bərpası üçün heç bir iş görülməyib"-Millət vəkili

Gunaz.tv

"Bu günə kimi Urmu gölünün bərpası ilə məşğul olan bir sıra qurum və nazirliklər, o cümlədən Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Ətraf Mühiti Təşkilatı Urmu gölünü bərpa etmək bəhanəsi ilə icra layihələrini bağlayıb.

Onlar daha çox maliyyə ayrılan layihələrin həyata keçirilməsinin arxasınca gediblər"- deyə, millət vəkili bildirib.

Qeyd edək ki, bir müddər əvvəl Calal Mahmudzadə Urmu gölünün bərpası üçün ayrılan büdcənin prezident seçkiləri zamanı İbrahim Rəisinin təbliğat kampaniyalarına xərcləndiyini deyib:

"İbrahim Rəisi hakimiyyətinin Urmu gölünün bərpası ilə bağlı təbliğatlarına baxmayaraq, hazırda gölün təxminən 90%-i quruyub".

Qeyd edək ki, Urmu gölü Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir. 

Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir.

Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilmoter olub.

Ən dərin nöqtəsi 16 m, orta dərinliyi isə 5 m təşkil edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar