SON XƏBƏRLƏR

BMT İranda edamları pislədi

2023.05.20, 10:55
BMT İranda edamları pislədi

Gunaz.tv

Faktaraşdırıcı missiya bunu insanların yaşamaq hüququndan məhrum edilməsinin nümunəsi kimi dəyərləndirib.

"Məhkəmə prosesləri və onların ölüm cəzasına məhkum edilməsinin işgəncə ilə alınan etiraflar əsasında aparıldığına dair sübutlar var",- BMT-nin faktaraşdırıcı missiyasının bəyanatında qeud edilib.

BMT-nin insan haqları sahəsində müstəqil ekspertləri də "İsfahan evi" işi üzrə üç müttəhimin edamını pisləyərək ayrıca bəyanat yayıb.

Ekspertlər İran hökumətindən məhbusların dəhşətli edam dalğasını dayandırmasını istəyiblər.

Onlar bu üç müttəhimin məhkəmə prosesinin və hökmün ədalətsiz olduğunu və beynəlxalq qanunları pozduğunu bildiriblər.

Qeyd edək ki, ötən il İranda baş verən etiraz aksiyalarında fəal iştirak etdiklərinə görə həbs edilən və iki yarım hərbi Bəsic üzvünün qətlində günahlandırılan Məcid Kazimi, Səid Yəqubi və Saleh Mirhaşimi adlı məhkumlar mayın 19-u səhər saatlarında edam ediliblər.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar