SON XƏBƏRLƏR

"Edamları dayandır"- Dünya ölkələri İrana qarşı

2023.05.20, 13:10
"Edamları dayandır"- Dünya ölkələri İrana qarşı

Gunaz.tv

Avropa Birliyi İrandan tələb edib ki, etirazçıların edamına son qoysun.

"İranın dövlətinin rəsmiləri, ölüm cəzaları və gələcəkdə edamlardan çəkinməli, edam cəzasının tamamilə ləğv olunmasına yönəlik siyasət aparmalıdır. 

İran dövləti müttəhimlərin hüquqlarına hörmət etməli, hər hansı səbəbdən saxlanılmış və ya həbsdə olan şəxslər heç bir sərt davranışa məruz qalmamlıdır.

Edam cəzası zalımca və insanlığa zidd bir cəzadır"-bəyanatda belə deyilir.

Amerika XİN-nin sözçüsü isə deyib ki, ölkəsi insan haqarının belə bir dəhşətli pozulmasına qarşı çıxmaq üçün dünyada  öz müttəfiqləri və ortaqları ilə  əməkdaşlığı davam etdirəcək.

“İranda bu edamlarla bağlı dünya ayağa qalxmalıdır. Bu vəhşiliyə qarşı çıxmaq üçün İran xalqının yanındayıq”- bunu isə Amerika Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez deyib.

Kanadanın Xarici İşlər Nazirliyi də İrana edamlarla bağlı çağırış edib: "İnsan yaşamına hörmətsizlik və İran xalqının əsas azadlıqlarının məhdudlaşdırılması dayandırılmalıdır”. 

“İran rejimi yenə 3 etirazçının canını aldı, azadlıq üçün ayağa qalxmış vətəndaşını edam etdi”-Almaniyanın XİN İnsan Haqları İdarəsinin bəyanatında belə deyilir. 

Almaniyanın İnsan Haqları Müşahidə İdarəsi, İsveçrənin, Norveçin, Avstrayanın XİN-ləri də edamları kəskin pisləyib və İrandan edam cəzasının dayndırılmasını tələb ediblər.

Britaniyanın xarici işlər nazirinin Asiyanın cənubu işləri üzrə müavini Tariq Əhməd də edamların dəhşətli olduğunu deyib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar