SON XƏBƏRLƏR

"Ukrayna ordusu 40 min hərbçi itirib" - Polkovnik

2023.05.22, 11:38
"Ukrayna ordusu 40 min hərbçi itirib" - Polkovnik

Gunaz.tv

Onun sözlərinə görə, Ukraynanın müharibə itkilərinin sayı dəqiq məlum deyil, lakin ölən və yaralanan hərbçilərin sayı 40 minə yaxındır.

Bundan əlavə, Nasonov Ukrayna Silahlı Qüvvələrinin vəd edilmiş əks-hücum əməliyyatını həyata keçirə biləcəyinə şübhə ilə yanaşdığını söyləyib. 

Onun fikrincə, hazırda Ukrayna ordusu əks-hücuma keçmək gücündə deyil.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. 

Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Bu arada Ukrayna ordusu Baxmutdakı qüvvələrini Kupyansk və Krasnolimansk istiqamətinə göndərib.

Bunu Donbas separatçılarının nümayəndəsi Andrey Maroçko deyib.

Maroçko eyni zamanda qeyd edib ki, Ukrayna hərbi komandanlığı Svatovo istiqamətinə ağır texnika və canlı qüvvə yığır.

“Svatovo istiqamətində döyüşlər gedir, Ukrayna ordusu tərəfindən hücumlar qeydə alınır”, - Maroçko bildirib.

“Dxr”in separatçı lideri Denis Puşilin isə bildirib ki, Ukrayna ordusu Marinka istiqamətinə ehtiyat qüvvə toplayır.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar