SON XƏBƏRLƏR

İran hakimiyyəti vəkillərə təzyiqləri gücləndirir

2023.05.22, 11:44
İran hakimiyyəti vəkillərə təzyiqləri gücləndirir

Gunaz.tv

AzVision.az xəbər verir ki, Evin həbsxanasında məhbəsdə olan vəkil Əmir Salar Davudinin ittihamına yenidən baxılması tələbinin rədd edilməsi və Yeddi təpə işçilərinin vəkili Fərzanə Zillabiyə 18 aylıq həbs cəzası verilməsi ilə eyni vaxtda mayın 20-21-də 70 vəkil Tehran Təhlükəsizlik prokurorluğuna çağırılıb.

Bununla bağlı öz Tvitter səhifəsində məlumat verən vəkil Şima Quşe Vəkillər Kollegiyasının laqeydliyini də tənqid edib.

“İranın hər yerindən Tehranın Təhlükəsizlik prokurorluğuna çağırılan vəkillərlə birlikdə müstəqil vəkil institutunun kiçik bir üzvü kimi prokurorluğun qarşısında onları müşayət etmək üçün gözlədim.

Buşəhr vilayəti vəkillər kollegiyasının idarə heyətinin üzvü Hadi Müqəddəs istisna olmaqla, vəkillər kollegiyasının idarə heyətinin üzvlərindən heç biri çağırılan vəkilləri Tehran Təhlükəsizlik prokurorluğuna gələrkən dəstəkləməyə yaxud onları müşayiət etməyə belə gəlməyib” - Quşe yazıb.

Qeyd edək ki, “Etemad” qəzeti bir həftə əvvəl İranın paytaxtından və digər şəhərlərindən “ən azı 20 vəkilin Tehran Prokurorluğunun təhlükəsizlik şöbələrinə çağırıldığını elan etsə də, Mərkəzi vəkillər kollegiyasının Dəstək komissiyasının katibi bir həftə ərzində çağırılan vəkillərin sayının 70-ə çatdıqını bidirib.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar