SON XƏBƏRLƏR

İranın rəsmi qəzetləri “Hicab haqqında" qanun layihəsini sərt tənqid etdi

2023.05.23, 12:54
İranın rəsmi qəzetləri “Hicab haqqında" qanun layihəsini sərt tənqid etdi

Gunaz.tv

Müdiri Əlirza Zakani olan "Həmşəhri" qəzetində müəllif Əbuzər Müntəzir Qaim “İsmət və Hicab” adlandırılan yeni layihəni sərt tənqid edib.

"Qanunlar və qanunvericilik geniş miqyaslı və nigarançılıq doğuran qədər dəyişikliyə məruz qalıb. Bu isə ölkənin məhkəmə sisteminin imicinə ciddi zərbədir”-müəllif belə yazıb.

Qeyd edək ki, Əbuzər Müntəzir Qaim mədəniyyət və strateji araşdırmalar eksperti kimi tanınır.

“Lahiyə hicabsızlığı icazəli bir davranışa çevirib. Hətta hicab qaydalarını pozan şəxslərə qarşı nəzarətçilərin fiziki müdaxiləsi barədə əl-qolunu bağlayır. 

Layihəyə əsasən hər hansı şəxs ən pis geyimlə, şəri hicabı pozaraq, ümumi məkanlarda açıq-saçıq tərzdə gəzərsə lakin tam lüt kimi görsənməyənədək onun davranışına icazə verilir.” -deyə, Əbuzər Müntəzir Qaim əlavə edib.  

Bundan öncə "Keyhan" qəzeti də həmin layihəni tənqid atəşinə tutmuşdu.

Qeyd edək ki, iranda hicab qaydaları ilə bağlı yeni qanun layihəsi hazırlanıb.

Bu barədə əədliyyə naziri Əminhüseyn Rəhimi may ayının 21-i açıqlama verib.

"Hicab barədə yeni layihə ötən həftə dövlət tərəfindən qərara alınıb və Məclisə çıxarılacaq”-deyə, o, bildirib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar