SON XƏBƏRLƏR

"Düz qasırğası milyonlarla insanın köçünə səbəb olacaq"-XƏBƏRDARLIQ

2023.05.23, 15:39
"Düz qasırğası milyonlarla insanın köçünə səbəb olacaq"-XƏBƏRDARLIQ

Gunaz.tv

“Göl quruyarsa Təbrizdən və Gölün çevrəsindəki şəhərlərdən 4 milyon nəfəri köçürməli olacağıq”-deyə, Kələntəri vurğulayıb.

Urmu Gölünü Bərpası Qərargahının keçmiş katibi bu barədə sabiq prezident Həsən Ruhaniyə də xəbərdarlıq etdiyini deyib.

“Təbriz əhalisinin başqa yerə köçürülməsi üçün 500 milyard dolar vəsait lazımdır, belə bir imkanımız isə yoxdur.

Lakin gölün bərpasına maksimum 1 milyard vəsait lazımdır”-deyə, Kələntəri açıqlayıb. 

Kələntəri həmçinin bildirib ki, göl quruyarsa ondan törənən duz qasırğası ciddi fəsadlara səbəb olacaq:

“Gölün dibində 13 milyard ton duz var. Gölün canlanması ilə bağlı tədbirlər artırılmasa İranda heç bir iqtidar milyonlarla insanın miqrasiyasına davam gətirə bilməyəcək”.

Qeyd edək ki, İranın ətraf mühit fəalalrı təkcə Urmunun deyil, başqa göllərin də yaxın vaxtlarda quruyacağı barədə xəbərdarlıq edib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar