SON XƏBƏRLƏR

ABŞ Bakı və İrəvana sülh sazişi ilə bağlı təkliflər təqdim edib

2023.05.24, 09:00
ABŞ Bakı və İrəvana sülh sazişi ilə bağlı təkliflər təqdim edib

Gunaz.tv

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında danışıqlar prosesində “irəliləyiş var”. “Mayın əvvəlində dövlət katibi iki ölkənin xarici işlər nazirlərini bir sıra ən mübahisəli məsələlərin, məsələn, sərhəd bölgəsindəki qoşunların çıxarılması, müqavilədəki mübahisələrin həlli mexanizmi üzərində işləmək üçün görüşüb”, - o diqqətə çatdırıb.

Mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Hoqanın sözlərinə görə, bu görüşdə “iki tərəf arasında sıx diplomatik qarşılıqlı əlaqə” olub.

O qeyd edib ki, ötən həftə “hansı sahələrdə irəli gedə biləcəyimizi” anlamaq üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıb.

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında baş tutması gözlənilən görüşdən danışarkən Hoqan qeyd edib ki, “işləri sona çatdırmaq üçün nə edilməli olduğuna diqqət yetiriləcək”.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar