SON XƏBƏRLƏR

İbrahim Rəisi İndoneziyaya səfər edib

2023.05.24, 12:29
İbrahim Rəisi İndoneziyaya səfər edib

Gunaz.tv

Rəisini bu səfərdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və başqa bir neçə yüksək rütbəli hökumət nümayəndəsindən ibarət heyət müşayiət edir.

Rəisi indoneziyalı həmkarı Coko Vidodo ilə görüşəcəyini, iki ölkə arasında münasibətlərin dərinləşməsi ilə bağlı fikir mübadiləsinin aparılacağını bildirib.

Bundan başqa prezident İndoneziya ilə iqtisadi əlaqələrdə milli valyutalarla ticarət mübadiləsi aparmaq niyyətində olduqlarını söyləyib.

Qeyd edək, bu, İran prezidentinin hakimiyyətə gəldiyi 21 ay ərzində 12-ci xarici səfəridir.

ABŞ Dövlət Departamentinin yeni sözçüsü Metyu Miller Rəisinin İndoneziyaya səfərinə münasibət bildirib.

"Bununla bağlı xüsusi bir fikrim yoxdur",- deyə, Miller bildirib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar