SON XƏBƏRLƏR

İranda böhran dərinləşir: Orta təbəqə zəifləyib, yoxsulluq artıb

2023.05.25, 10:53
İranda böhran dərinləşir: Orta təbəqə zəifləyib, yoxsulluq artıb

Gunaz.tv

Mərkəzin məlumatına görə, orta təbəqə də zəifləyib.

Onlar kirayə qiymətlərinin kəskin artması və ya səhiyyə xərclərindən irəli gələn problemlərə görə yoxsulluq həddinin altına düşürlər.

"Son illərdə yoxsulluq həddində olan əhalinin sayı artıb və əhalinin üçdə biri yoxsulluq həddindədir. Ancaq orta təbəqənində vəziyyəti yaxşı deyil və onlar kiçik iqtisadi şokla yoxsullaşa bilərlər",- İran parlamentinin tədqiqatlar mərkəzi qeyd edib.

Bundan bir müddət əvvəl İran Statistika Mərkəzinin verdiyi məlumatda son 5 il ərzində İranda inflyasiya və yoxsulluq səviyyəsinin 155% artdığı bildirilib.

Qeyri-rəsmi mənbələrin yaydığı məlumatda isə göstərilib ki, İran əhalisinin 42 milyondan çoxu, yəni təxminən 50%-i mütləq yoxsulluq həddinin altında yaşayır.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar