SON XƏBƏRLƏR

"Nüvə toqquşması təhlükəsi artır"- Kreml yenidən dünyanı təhdid etdi

2023.05.25, 11:44
"Nüvə toqquşması təhlükəsi artır"- Kreml yenidən dünyanı təhdid etdi

Gunaz.tv

Müdafiə naziri Sergey Şoyqu Ukraynada Qərb ölkələri ilə savaşdıqlarını bildirib.

Şoyqu belaruslu həmkarı Viktor Xrenin ilə görüşdə Qərb ölkələri tərəfindən Moskva və Minskə qarşı elan olunmamış müharibənin başladığını deyib.

“Bu gün biz birlikdə ölkələrimizə qarşı  elan olunmamış müharibə aparan kollektiv Qərbə müqavimət göstəririk”, – Şoyqu vurğulayıb.

Onun sözlərinə görə, NATO-nun hərbi fəaliyyəti ən aqressiv istiqamət alıb.

“Alyans Şərqi Avropada Birləşmiş Silahlı Qüvvələrinin döyüş hazırlığının artırılması üçün kompleks tədbirlər həyata keçirir.

İttifaq dövlətinin sərhədləri yaxınlığında əlavə hərbi kontingentlər və hərbi infrastruktur yerləşdirilir, döyüş hazırlığı və kəşfiyyat fəaliyyətləri aktivləşdirilir” -deyə Şoyqu bildirib.

“NATO ölkələri de-yure Ukraynadakı münaqişədə iştirak edir”. Bunu isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Bu xətt nüvə dövlətlərinin birbaşa hərbi toqquşma təhlükəsini xeyli artırır”-deyə, o, əlavə edib.

Lavrov bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi artıq Şimali Atlantika Alyansının üzvü olan ölkələrə belə bir ssenarinin yolverilməzliyi barədə siqnallar göndərib.

Ayxan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar