SON XƏBƏRLƏR

İran ilə Belçika məhbusların mübadiləsində razılaşdı

2023.05.26, 14:33
İran ilə Belçika məhbusların mübadiləsində razılaşdı

Gunaz.tv

Bəyanatda deyilir ki, Tehran və Brüssel tərəfindən azad olunmuş məhbuslar bu gün Omanın paytaxtı Məsqət şəhərinə çatdırılacaq.

Ölkənin rəsmi xəbər agentliyi bildirib ki, Omanın vasitəçiliyi ilə məhbuslar Məsqətə çatandan sonra öz ölkələrinə göndəriləcək.

"Məsqət danışıqlarında tərəflər məsələnin həllində əzm göstərdilər"-XİN-in bəyanatında bildirilir. 

Bir sıra xəbər qaynaqlarının iddiasına görə, Əsədulla Əsədi də bu razılaşma ilə azad oluna bilər. 

Xatırladaq ki, Əsədulla Əsədi İranın Vyanadakı səfirliyinin üçüncü katibi olub. 

O, bir toplantıya bomba yerləşdirmə əməliyyatında iştirak ittihamı ilə 2020-ci ilin noyabrın 27-də saxlanılmışdı.

Əsədi "Avropada terror əməliyyatını planlaşdırma" ittihamı ilə Belçika məhkəməsində 3 başqa müttəhimlə birgə mühakimə olunub.

Məhkəmə Əsədulla Əsədinin diplomatik toxunulmazlığı ilə razılaşmayaraq onun barəsində 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb. 

Belçika dövləti zəmanət verib ki, onu İranda heç bir Qərb məhbusu ilə müdabilə etməyəcək. 

Qeyd edək ki,  Belçikanın baş naziri Aleksandr de Kroo ölkənin bir vətəndaşının azad olunduğunu tədiqləyib.

“Oliver Vendekastil artır Belçikaya dönməkdədir. Oliver 455 gün Tehranda həbs olunub. Dözülməz şəraitdə saxlanılıb. Günahı olmayıb. 

O, bu gecə yanımızda olacaq”-deyə de Kroo vurğulayıb.
 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar