SON XƏBƏRLƏR

"Bu qədər özbaşınalığa niyə etiraz etmirsiz?"-Dini liderdən sərt açıqlama

2023.05.26, 15:42
"Bu qədər özbaşınalığa niyə etiraz etmirsiz?"-Dini liderdən sərt açıqlama

Gunaz.tv

“Ölkədə bu qədər ayrı-seçkilik və sosial bərabərsizlik var”-deyən cümə imam parlament üzvlərinin məsələ ilə bağlı susqunluğunu sərt tənqid edib. 

“Məclis üzvlərinin vəzifəsi hakimiyyətin funskionallığına, Ana Yasanın icrasına, ədalət və sərbəstliyə nəzarət olmalıdır, lakin elə deyil.

Bu qədər edamlar var və qadınlara ayrı-seçkilik olunur, niyə etiraz etmirsiz”-deyə, Möləvi sual edib.

"İranda söz azadlığı yoxdur" deyən dini lider hökumətin hicab siyasətini də tənqid edib.

"Hicab məsələsi qanun layihəsi və ya qərarla düzəlməz. Yaylıq Şərqin, müsəlmanın ənənəvi baş örtüyü olub.

Onları siz hicaba məcbur etməklə daha çox hicabsızlığa yönəltmisiniz”-deyə, Möləvi Əbdül Həmid qeyd edib.

Cümə imamı qadınlara qarşı zorakılığı qınayıb: "Onlara şiddət vəziyyəti yaxşılaşdırmaz. Qadınlar barədə ayrı-seçkiliyi qaldırsanız, onlar sizi dinləyər".

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar