SON XƏBƏRLƏR

Ərdoğan yenidən Türkiyə Respublikasının prezidenti seçilib

2023.05.29, 10:08
Ərdoğan yenidən Türkiyə Respublikasının prezidenti seçilib

Bazar günü Türkiyədə keçirilən prezidenti seçkilərinin ikinci turu yekunlaşıb. Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener seçkilərin nəticələrinə dair verdiyi açıqlamada bildirib ki, seçki qutularının 99,82 faizi açılıb. Rəcəb Tayyib Ərdoğan 52,15 faiz, Kemal Kılıçdaroğlu 47,85 faiz səs toplayıb.

Gunaz.tv

O, hazırki ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib. Yener hazırki nəticələrin müvəqqəti olduğunu, lakin hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.

Qeyd edək ki, seçkilərin mayın 14-də keçirilmiş birinci turunda “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,4%,“Millət İttifaqı”nın adayı Kamal Kılıçdaroğlu  44,9% səs toplamışdı.

5 % səs toplayan kökəncə azərbaycanlı, ”ATA ittifaq"ın namizədi olan Sinan Oğan ikinci turda Rəcəb Tayyib Əddoğanı dəsətklədiyini bəyan etmişdi.

Sinan Oğan Ərdoğanı təbrik edib. 

"Qalib olan türk millətçiləri, atatürkçülər, türk milləti və türk dünyasıdır". Oğan  "Tvitter"də yazıb.

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar