SON XƏBƏRLƏR

Berdiməhəmmədov Əli Xameneyi ilə görüşüb

2023.06.01, 07:07
Berdiməhəmmədov Əli Xameneyi ilə görüşüb

İranın rəhbəri Əli Xameneyi və Türkmənistan Xalq Məsləhət Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov mayın 31-də Tehranda görüşüb və müzakirələr aparıblar. Bu barədə İran rəhbərinin rəsmi saytı məlumat yayıb.

Gunaz.tv

Görüşdə regional əməkdaşlıq, mədəni əlaqələr və digər məsələlər barədə fikir mübadiləsi olub.

Berdiməhəmmədov bildirib ki, tərəflərin mədəni ortaqlığı müxtəlif sahələrdə, xüsusilə enerji və yol sahələrində əlaqələrin genişləndirilməsi üçün mühüm əsasdır.

Türkmənistan Xalq Məsləhət Şurasının rəhbəri Tehrana səfəri zamanı əməkdaşlığın genişləndirilməsi, xüsusən də yol tikintisi və su, elektrik və qaz yataqlarında iranlı mütəxəssislərdən istifadəyə dair yaxşı razılaşmalar əldə olunduğunu deyib.

"Türkmənistanı və onun ətrafındakı ölkələri Oman dənizinə birləşdirə biləcək Şimal-Cənub tranzit marşrutunu tamamlamaq əzmindəyik". Bunu isə İran lideri Əli Xameneyi bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar