SON XƏBƏRLƏR

Təbrizdə həbsdə olan fəallara dəstək aksiyası keçirilib

2023.06.01, 12:39
Təbrizdə həbsdə olan fəallara dəstək aksiyası keçirilib

Təbrizdə həbsdə olan mədəni fəallara dəstək aksiyası keçirilib. Bu barədə sosial media kanallarında məlumat və videolar paylaşılıb.

Gunaz.tv

Üzərində həbsdə olan fəalların fotoları olan köynəklər geyinən aktivistlər şəhərdə yürüş keçriiblər.

Şəhər küçərlərində binaların divarlarına iki həftə öncə həbs edilən milli fəallar Davud Şiri, Əlirza Səbri, Hüseyn Amani, Məhəmmədrza Amani (Araz) və Cavad Əhmədzadə ilə bağlı şüarları yazılıb.

Milli fəalalr onların sərbəst buraxılmasını tələb ediblər.

Qeyd edək ki, adı çəkilən fəallara qarşı hansı ittihamların irəli sürüldüyü barədə hər hansı açıqlama verilmir.

Onların ittiham olunduqları maddələr və sağlıq durumu barədə dəqiq məlumatın verilməməsi fəalların ailələrinin nigaranlığına səbəb olub.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar