SON XƏBƏRLƏR

“Azərbaycan sərhəddə yeni əməliyyatlara başlaya bilər”-Politoloq

2023.06.02, 11:02
“Azərbaycan sərhəddə yeni əməliyyatlara başlaya bilər”-Politoloq

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda keçirilmiş görüşdə hansısa sənəd imzalanmadı. Halbuki bundan öncə siyasi eksperlər sülh müqaviləsinin imzalanacağını bildirirdilər.

Gunaz.tv

Siaysi şərhçi Aqşin Kərimov Günaz.TV-yə açıqlamasında bildirib ki, Kişineu görüşünün formatı yeni idi, mahiyyət etibarı ilə yeni yanaşmaların sərgiləndiyini demək çətindir.

 

“Azərbaycan postmüharibə dövrünün reallıqları kontekstindəki klassik şərtlərini təkrarlayır, İrəvan isə yanaşmalarına neostereotiplər qatmağa çalışsa da, bunu rəsmiləşdirmir. 

Rəsmiləşdirilməyən bər şey vaxt itkisidir, düzdür, onu da nəzərə almalıyıq ki, sülh müqaviləsinin hazırlanması çətin prosesdir, hələ ortada etnik konflikt varsa, bu, lap qəlizləşir. Buna baxmayaraq, Kişineu görüşünün müsbət atmosferdə keçdiyini deyə bilərəm”.

Ermənistan nəyayət 3 tərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəkmi? Politoloq bununla bağölı nikbinliyi bölüşmür:

“Ermənistanın bütün öhdəlikləri yerinə yetirəcəyini söyləmək sadəlövhlük olar. Bu tezisdən yola çıxaraq qeyd edə bilərəm ki, növbəti danışıqlara qədər Azərbaycan Qarabağda və Şərqi Zəngəzur zonasından Ermənistana açılan qapılarda yeni əməliyyatlara start verə bilər”.

Qeyd edək ki, iyunun 1-də Kişineuda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.

Ayxan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar